Bakıda təkər zavodu yanır - Yenilənib

bakida-teker-zavodu-yanir
Oxunma sayı: 9721

Bakının Binəqədi rayonunda yanğın baş verib. 

"Qafqazinfo"nun məlumatına görə, "Dərnəgül" metrostansiyasının çıxışı yaxınlığındakı təkər zavod yanır. 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. 

***

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda zavod ərazisində təkər tullantıları yanır. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Foto: Murad Əhməd