Bakıda tələbələrin təqaüdlərindən pul tutulur - Şikayət

bakida-telebelerin-teqaudlerinden-pul-tutulur
Oxunma sayı: 2649

Bakıda tələbələr təqaüdlərinin tam verilməməsindən şikayətçidirlər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə sosial şəbəkədə yüzlərlə tələbə universitet səhifələrində yazıb. Onlar bildiriblər ki, hər ay təqaüdlərindən faiz tutulsa da, fevral ayında tutulan pulun miqdarı daha çox olub. Belə ki, Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universitetində təqaüdlər 5-10 manat arası kəsilib.

Tələbələr bildiriblər ki, bu pul Tələbə Həmkarlar İttifaqı tərəfindən tutulub. Pedoqoji Universitetin tələbələri isə ümumiyyətlə fevral ayının təqaüdünü almayıblar.

Murad Əhməd