“Bankımızı innovativ və yüksək texnologiyalı maliyyə təsisatı kimi görürük”

bankimizi-innovativ-ve-yuksek-texnologiyali-maliyye-tesisati-kimi-goruruk
Oxunma sayı: 1780



-“Bank of Baku” informasiya texnologiyaları və ödəniş sistemləri sahəsində ölkənin aparıcı banklarından biri kimi tanınıb.Yəqin ki, bunu üçün mürəkkəb texnoloji yenilikləri daima tətbiq etmək lazım gəlir.Azərbaycanın bank sektorunda elektron yeniliklərin və müvafiq infrastrukturun tətbiqi nə dərəcədə çətin prosesdir?

-Bank informatizasiyası hər zaman yüksək inkişaf səviyyəsi ilə seçilib.İnformatizasiyasının inkişafı bir neçə istiqamətdə getsədə məqsədi birdir- biznesin effektivliyini artırmaq.

Pərakəndə bankçılıq - əldə edilən məlumatların böyük həcmi, çeviklik və qəbul edilən qərarların keyfiyyətinə yüksək tələblərdən ibarətdir.Burada avtomatizasiyanın yüksək səviyyəsi özünə haqq qazandırır.Azərbaycanın pərakəndə kreditlər bazarı- kifayət qədər rəqabətcildir, hər bank müştəri qazanmaq üçün ərizənin baxılması prosesini maksimal dərəcədə sürətləndirməyə çalışır.Bu gün artıq söhbət günlərdən deyil, saat və dəqiqələrdən, bəzən isə saniyələrdən gedir. Mənim fikirimcə, “vahid pəncərə” konsepsiyası müştəri yönlü ideyanı reallaşdırır, məhsul və prosesə deyil, müştəri və onun tələbatına istiqamətlənmiş bir prosesdir.Məhz bu faktor pərakəndə bankların fəaliyyəti üçün çox önəmlidir.

Bu gün bank biznesinin inkişafı Azərbaycanın bank sahəsində informasiya texnologiyalarının inkişafı üçün lokomitov rolunu oynayır. 5-6 il əvvəl tətbiq edilmiş sistemlər bu gün artıq bankın biznes strategiyasını effektiv dəstəkləyə bilmir, çünki onlar çeviklik, rahatlıq, məhsuldarlıq və prosesin sabitliyi kimi tələblərə uyğun gəlmir.

Bu məsələlərin həlli üçün çevik avtomatlaşdırılmış sistemlər tələb olunur.Eyni zamanda, bankın müştəri ərizəsi üzrə qərarın qəbulu məntiqini dəyişməyə sərbəst imkanı olmalıdır. Bu cür qərarların miqyası çox çətin ölçülür.Məhz buna görə bu gün informasiya sistemlərinin çoxşaxəli inteqrasiya edilmiş şəbəkəyə yönlənməsi kimi bir cərəyan yaranıb. Bu gün çevik və texnoloji bankın İT bünövrəsi modullu və komponentli sistemə əsaslanmalıdır.Öz növbəsində bu, şəffaf və etibarlı şəkildə inteqrasiya edilməlidir.Bu komponentlərin hər biri öz istiqamətindəki məsələləri ən yaxşı şəkildə həll etməlidir. Öz aralarında isə onlar vahid platforma əsasında xarici interfeys və/yaxud servislər vasitəsilə calanmalıdırlar.

Hər bank daxili hədəflərindən asılı olaraq öz meyarını seçir.Bəziləri xərcləri azaltmağı, digərləri müştəri bazası, loyallığı və məmnunluğu artırmağı hədəfləyir.Zənnimcə, burada uğurun sirri –insan və texnologiyaların düzgün sintezidir.

-Sıravi istehlakçılar elektron bankçılığa nə dərəcə meyllidir? İnsanlar kömpüter və smartfonlar vasitəsilə əməliyyat aparmağa nə dərəcədə etibar edir?

-Hər bir texnologiya kimi, elektron bankçılıq müəyyən üstünlük və qüsurlara malikdir.Bu gün internet bankçılığın və məsafəli xidmətin inkişafı kifayət qədər perspektivlidir. Getdikcə daha çox bank müştəri ilə məsafəli əlaqə saxlamağa imkan verən sistemlər tətbiq etməyə başlayır.

Eyni zamanda banklar hələ uzun müddət internet bankçılığı digər məsafəli xidmət növləri - klassik “bank-müştəri” və “telefon-müştəri” kanalları ilə paralel təqdim edəcəklər , çünki məsafəli xidmətin kompleks şəkildə tətbiqi müştərinin bankla, öz hesabı ilə və bank məlumatı ilə işini xeyli genişləndirir.

Azərbaycanda internet bankçılığın kütləvi inkişafı yolunda ödəmə sistemlərinə və alətlərinə etibar problemi yaranıb.Təbii ki, vəziyyət tədricən dəyişir, amma yenə də proses arzu etdiyimizdən daha ləng gedir. Bunun bir sıra, o cümlədən, iqtisadi səbəbləri var. Lakin bank xidmətlərindən və internetdən sosial çəhətdən ən fəal insanların istifadə etməsi amili internet bankçılığa güclü stimulun veriləcəyinə dair ümid yaradır.Eyni zamanda unutmayaq ki, vaxt itkisinin azaldılması sosial təkammülün bir istiqamətidir.Bu mənada internet vaxt effektivliyini artırmaq işində əsas və mühüm platformadır.

Fikirimcə, məsafəli xidmətlərin rahatlığı müştərilərin cəlbi işində bünklara fayda verəcək.Bu istiqamətdə dövlətin dəstəyi mövcuddur, normativ sənədlər dəyişir və istifadəçinin elektron kimliyi üzrə sistemlər tətbiq edilir.

-“Bank of Baku” son illər bu sahədə çoxlu yeniliklər həyata keçirib. Ən əsas uğurlarınız hansılardır?

-Bankda texnoloji proseslərin təkmilləşdirilməsindən başqa, biz növbələrlə məsafəli xidmət növlərinin tətbiqi yolu ilə mübarizə aparırıq.Müştərilər üçün bu, ilk növbədə vaxta qənaət etmək deməkdir, çünki bank filialına getməyə ehtiyac qalmır. İkinci cəhət, maddi qənaətdir. Məsafəli xidmətin üstünlüyü daha az komissiya və ya onun ümumiyyətlə olmamasıdır.

Müştərilərin rahatlığı üçün bankımız tərəfindən kifayət qədər yeniliklər tətbiq edilib. “Bank of Baku” Azərbaycanda ilk dəfə kredit borcunun ödənişini terminallar vasitəsilə qəbul etməyə başlayıb.Daha sonra kredit borcunun internet üzərindən komissiyasız ödənişini ilk dəfə tətbiq edib.Bu gün bizim müştərilər borclarını MilliÖn və E-manat terminalları, həmçinin hesab.az saytı vasitəsilə ödəyirlər.

Bu gün bizim müştərilər kredit ödəmələrinin 97%-ni ödənişin məsafəli və alternativ üsulu ilə həyata keçirirlər.

Bu yaxınlarda müsbət tarixçəli müştərilərimiz üçün SMS kredit layihəsinə başladıq.Həmçinin müştərilərimiz üçün yeni və rahat internet bankçılğa start verdik.

-İnformasiya texnologiyaları və ödəniş sistemləri sahəsində kiber cinayətlərin qarşısının alınması hazırda aktual qlobal məsələlərdən biridir. Bu istiqamətdə bankda işlər necə qurulur?

-Təəssüf ki, bu cür fırıldaqla demək olar hər bank qarşılaşır.Müvafiq SMS-bildiriş fırıdaqçılığın fişinq növünə aid edilir.Müştəri SMS, e-mail və telefonla guya ki, bankdan məlumat alır. Bildirilir ki, kartla problem var və kodu, balansı və sairə gizli məlumatı dəqiqləşdirmək lazımdır.Çox zaman bu cür yolla əldə edilmiş məlumat müştərinin hesabından vəsaitin oğurlanması üçün istifadə edilir.Bu cür məlumat aldıqda, ona hər-hansı cavab vermək lazım deyil.Bu halda ən yaxşı məsləhət - bankı məlumatlandırmaqdır.

Öz mahiyyətinə görə, internet xarici müdaxilə üçün həssas bir sahədir.Antivirus proqramının tətbiqi asan olsa da, çox zaman proqram səhvləri ilə müşaiət olunur.Müdaxilələri önləmək və sistemin zəif nöqtələrini müəyyən etmək üçün intensiv monitorinqlər tələb olunur.Mühüm infrastrukturun sahibləri və operatorlar nəzarətin zəif sahələrini gücləndirməlidirlər.

Bank önündə duran təhlükələri araşdırmaq- əsas hədəfə nail olmaq yolunda bir addımdır, yəni, etbarlı müdafiə konsepsiyasının yaradılması tələb olunur.Müdafiə olunası isə bir çox sahələr var.

Bu gün bankımız tərəfindən fırıldaqçılıqdan müdafiə və təhlükəsizliyin təmini strategiyası işlənib hazırlanıb. Müştərilərimizi müdafiə etmək üçün biz bütün mümkün texniki nailiyyətləri tətbiq edirik.Bu sahədə fırıdaqçılığı önləmək üçün müştərilərə müvafiq məlumatlar göndərilir. Bu məlumatlarda təhlükəsizlik qaydalarına dair tövsiyyələr əks olunub.

Eyni zamanda qeyd etmək lazımdır ki, fırıldaqçılığın kökünün kəsilməsinə mane olan əsas səbəblərdən biri - əhalinin təhlükəsizlik sahəsində savadının aşağı səviyyədə olmasıdır.Bir çox fırıldaqçı əməliyyatlar istifadəçilərin diqqətsizliyi və hədsiz etibarı, həmçinin təhlükəsizlik qaydalarına riayət etməmələrindən qaynaqlanır.

-“Bank of Baku” hər zaman novatorluğu ilə seçilib. İnformasiya texnologiyaları və ödəniş sistemləri sahəsində bank öz müştərilərini yəqin ki, məmnun etməkdə davam edəcək. Bankın bu sahədə planları nədən ibarətdir?

-Yeniliklər sırasında kontaktsız ödəmə texnologiyası ilə Visa payWave və MasterCard PayPass kartlarının buraxılışı, internetdə kartla daha təhlükəsiz ödəniş üçün 3D secure texnologiyasının tətbiqi, internet bankçılıq imkanlarının genişləndirilməsini qeyd etmək olar.

Müştəriyə xidmət göstərmək üçün mobil cihazları fəal şəkildə tətbiq edirik.Biz istəyirik ki, müştəri kredit ödəmək,əmanət yerləşdirmək, rabitə haqqını ödəmək və internetdə alış-veriş etmək üçün hökmən banka gəməyə ehtiyac duymasın,Bütün bunları sayt, mobil əlavə və ödəniş terminalları vasitəsilə etmək mümkündür.

Biz, bankımızın əhalinin bütün təbəqələri üçün innovativ və yüksək texnologiyalı maliyyə təsisatı olmasına yönəlmiş inkişaf strategiyasını yürüdürük.