Bara şortla gələn kralı içəri buraxmadılar

bara-sortla-gelen-krali-iceri-buraxmadilar
Oxunma sayı: 2251

Belçikanın keçmiş rəhbəri, kral II Albert İtaliyada əylənmək istəyərkən xoşagəlməz halla üzləşib.

“Qafqazino” xarici KİV-ə istinadən xəbər verir ki, Santa-Mariya-di-Leuka şəhərində elit yaxt klublardan birində istirahət etmək istəyən 84 yaşlı Alberti əyləncə məkanına buraxmayıblar. Belə ki, sabiq kral bara şortla gəlib və məkanın “dress cod” qaydasını pozub. Bildirilir ki, məkanın işçiləri xanımı Paola ilə əylənməyə gələn II Alberti tanımadıqları üçün qapıdan geri göndəriblər. O, yaxtasına qayıdaraq şalvar geyinib qayıtmağa məcbur olub.

Aysel Kərimova