“Barsa”nın sirri Messi deyilmiş...

barsanin-sirri-messi-deyilmis
Oxunma sayı: 655

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, katalonlar Andres İnyestanın son iki ildə meydana çıxdığı 50 oyunun 49-da meydanı məğlubiyyətsiz tərk edib. Dünya çempionu bu matçların 45-də start heyətində meydana çıxıb. İspaniyalı yarımmüdafiəçi “Barsa” ilə ardıcıl 48-ci oyununu məğlubiyyətsiz başa vurmaqla İspaniya çempionatları tarixində ikinci ən yaxşı göstəriciyə imza atıb. Ən uzun seriya isə “Real Madrid”li Emilio Butraqenaya aiddir. O, “kral klubu” ilə 50 məğlubiyyətsiz oyun keçirib. 3-cü sırada isə madridlilərin daha bir futbolçusu Çendo yer alıb (47 oyun).
Qeyd edək ki, 27 yaşlı İnyesta 2002-ci ildən “Barselona” nın şərəfini qoruyur.