Barselonada müsəlmanlar aksiya keçirib - Terrora qarşı

barselonada-muselmanlar-aksiya-kecirib
Oxunma sayı: 650

Barselonada yaşayan müsəlmanlar Rambla küçəsində yığışaraq terror hadisəsini pisləmək üçün aksiya keçiriblər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiyada onlarla  etirazçı iştirak edib.  

 Məlumata görə, aksiyada iştirak edən insanlar "İslam sülhdür! “Biz terrorçu deyil, müsəlmanıq" şüarları yazılmış plakarlar tutublar.

Qeyd edək ki, İspaniyanın Kataloniya vilayətində  avqustun 17-də törədilən terror hücumları nəticəsində 14 nəfər ölüb, 130-dan çox şəxs xəsarət alıb.