AXCP izdihamlı toplantı keçirdi - Fotosessiya

axcp-izdihamli-toplanti-kecirdi-fotosessiya
Oxunma sayı: 671

AXCP-nin təşkil etdiyi tədbirin açılışı Azərbaycan dövlət himninin səslənməsi ilə olub. Sonra tədbir iştirakçıları şəhidlərimizin və Milli Azadlıq Hərəkatının lideri, Xalq Cəbhəsinin ilk sədri Əbülfəz Elçibəyin xatirəsini 1 dəqiqəlik sayğı duruşu ilə anıb.

Bundan sonra Xalq Cəbhəsinin mübarizə tarixini əks etdirən videoçarx nümayiş olunub.
Videoçarxın nümayişndən sonra isə AXCP sədri Əli Kərimli partiyanın 22 illiyi ilə bağlı geniş çıxış edib.

Tədbirdə yüzlərlə AXCP fəalı və qonaqlar iştirak edib. Qonaqların sırasında Azərbaycanın bir sıra tanınmış ictimaiyyət və siyasət adamları, diplomatik korpus nümayəndələri olub.
Əli Kərimlinin çıxışından sonra Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu, İctimai Palatanın üzvləri Pənah Hüseyn, Hacı İlqar İbrahimoğlu, Yeganə Əmiraslanova, Vidadi Mİrkamal, Müsavatın Məclis sədri Arzu Səmədbəyli, ReAL-ın təmsilçisi Erkin Qədirli, tanınmış vəkil Qurban Məmmədov, veteran Cəbhəçi İbrahim İbrahimli, Avro-Atlantik Şuranın rəhbəri Sülhəddin Əkbər, yazıçı Seyran Səxavət və başqaları Xalq Cəbhəsini təbrik edən nitqlər söyləyiblər.