“Azad gəncliyin azad seksi olmalıdı” - Müsahibə

azad-gencliyin-azad-seksi-olmalidi-musahibe-
Oxunma sayı: 1585





“Azad Gənclik” Təşkilatının sədri Ülvi Həsənlinin “Qafqazinfo”ya müsahibəsi

- Özünüzü necə təqdim edərdiniz?
- Azad Gənclik Təşkilatının eks sədri Ülvi Həsənli.

- Bəlkə geniş təqdimat verəsiniz.
- 2005-ci ildən ictimai sektordayam. İlk fəaliyyətim Dalğa Gənclər Hərəkatında olub. 2006-2007-ci illərdə “Dalğa”nın sədri oldum. O dövrdə Azərbaycan Neft Akademiyasında təhsil alırdım. Siyasi fəaliyyətimə görə məni 2-ci kursda oxuyanda iniversitetdən xaric etdilər. Mən hazırlaşıb yenidən universitetə daxil oldum. Hal-hazırda Turizim Universitetinin 4-cü kurs tələbəsiyəm. 2010-cu ilin axırlarında, parlament seçkilərindən sonra 5 gənc qərəar verdik ki, yeni bir təşkilat yaradaq. 2011-ci ilin yanvarında biz təşkilatın yarandığını ictimaiətə elan etdik. Təsisçilər və üzvlər birgə qərar gəldilər ki, mən təşkilata sədrlik edim.

- O vaxt niyə “Dalğa”dan ayrıldınız? Yeni təşkilat yaradmağa nə ehtiyac var idi?
- “Dalğa”dan ayrılmağıma səbəblərdən biri bəzi fikir ayrılıqlarının olması oldu. Mənimlə bir yerdə bir neçə nəfər ayrıldı həmin dövrdə. Əvvəlki sədrlə mübahisəmiz oldu. Və qərara aldıq ki, mənasız yerə enerji sərf etməyək. Fəaliyyətimizi dayandırdıq. O dövrdə mən universitetdən qovulmuşdum və bir müddətlik təhsil problemlərimi həll etdim. Arada iki illik fasilə oldu. Bir müddət qeyri-siyasi təşkilatda fəaliyyət göstərdim. 2010-cu ildən isə yenidən ictimai sektora qayıtdım.

- Özünüzü siyasi yox, ictimai təşkilat adlandırırsınız. Amma siyasətlə məşğulsunuz.
- Bəli, siyasətdən uzaqda deyilik. Biz təşkilatı elan edəndə də qeyd etmişdik ki, siyasi qurum deyilik. Lakin siyasətdə qiymət verəcəyik. Biz demokratiyadan, insan haqlarından danışırıqsa siyasətdən kənarda durmaq mümkün deyil. Siyasi praseslərdə iştirak etmirik, amma siyasi prosesləri izləyirik.

- Gəncləri maarifləndirmək. Bu əsas məqsədlərinizdən biridir. Aksiyalarınız da olur bu istiqamətdə. Necə alınır? Marrifləndirə bilirsizmi gənclərimizi?
- Fikirləşirəm ki, gənclərə təsir edə bilirik. Çünki bir illik fəaliyyəimizdə biz fikirləşmirdik ki, ətrafımızda bu qədər gənc toplaşacaq. Hazırda 80-ə yaxın gənc var ətrafımızda. Lakin bunların hamısı aktiv deyil. Heç mümkün də deyil hamısının aktiv olması. İctimai təşkilatlarda müəyyən faiz, 20% üzv aktiv olur. Bizdə də elədir. Məncə maarifləndirmə tədbirlərimiz qaydasında gedir. Yanvar ayında bir qədər bu istiqamətdə fəaliyyətimiz səngidi. Amma fevraldan start verəcəyik.

- Bəs Sizi kim maarifləndidir, yəni bu mənada soruşuram ki, kimi oxuyursunuz?
- Son oxuduğum kitablar Sveyqin “Bəşəriyyətin ulduzlu saatlar”ı, Əli Əkbərin “Sarı gəlin”i olub. İmkan daxilində oxuyuram. Mütaliəsiz mümkün deyil. Universitetdə dərslər ağırdı və buna görə mütaliədən geri qalıram.

- Əli Əkbərin adını çəkdiniz. Bildiyin kimi o, bu yaxınlarda “Qafqazinfo”ya müsahibəsində demişdi ki, əgər bir universitetin, tələbə yataqxanasının həyətindən xadimə səhər 50 prezervativ süpürmürsə, orada gənclikdən söhbət belə gedə bilməz”- Belə bir gənclik yetişir artıq. Siz o gənclərdənsiniz?
- Əli Əkbər onu əslində məcazi mənada demişdi, yəni demək istədiyi o olub ki, müstəqil gənclik olmalıdır. Onun bu fikrini çox çək-çövür etdilər. Orda məsələ başqa şeydən gedirdi.

- Azad gənclik-azad seks budu məsələ?
- Bəli, əslində olmalıdır. Azad gəncliyin azad seksi olmalıdı. Bizdə buna pis baxırlar. Amma bu şəxsi həyatın toxunulmazlığıdı. Kim necə istəyir, elə intim həyat yaşaya bilər.

- Siz, ümumiyyətlə mentalitet məsələlərinə necə baxırsınız?
- Bizi “Dalğa”da fəaliyyət göstərəndə də qınayırdılar. Biz ilk bu ideyanı təbliğ edənlərdən olmuşuq ki, bizə mentalitet lazım deyil. Bu adət-ənənələr cəmiyyətimizi gerilədir. Bizim ailəmizdə də problemlərin yaranmasına səbəb mentalitetdi. Mənim anam deyir “başını sal aşağı get”. Mən necə başımı salım aşağı, ölkədə bu qədər problem var olduğunu görə-görə? Guya normal təhsil müəssəsində oxuyuram, Turizim Universitetində. Amma universiteti daxilində vəziyyət bərbaddı. Digər universitetlərdə də vəziyyət eynidi. Və tələbələrin əksəriyyəti başını salıb aşağı susurlar. Onların susmağının da səbəbi mentalitetdı. Bizdən öncəki nəsil bizi geri aparır.

- Yəni mütləq bir inqilab lazımdı...
- Əlbəttə, normal bir nəsil yetişməlidi. Azərbaycanda bizdən öncəki nəsli bu hakimiyyət məhv edib. Azad bir nəsil yetişməlidi ki, bu ölkənin gələcəyi sual altında olmasın.

- 2013-cü ildə prezident seçkiləri olacaq. Artıq müxalifət hazırlıqlar görülür. Eyni müxalif liderlər yenə namizdəliklərini verəcək. Bu ölkədə 20 ildi müxalifət liderləri dəyişmir. Amma Siz ortalığa düşmüsüz, deyirsiz bizim gənc liderlərimiz var, deyirsız inqilab olmalıdır, hakimiyyət dəyişilməlidir. Bax mən bir gənc lider göstər ki, o növbəti seçkilərdə prezidentliyə namizdə olsun. 2013-cü ildəki seçkilərdə olmasın, 2018-ci ilin seçkilərində olsun. Nə vaxta kimi Əli Kərimlinin, İsa Qənbərin kölgəsində olacaq bu gözə görünməyən gənc liderləriniz?
- Müxalifət liderlərinin orda olmağı onlar üçün gəlir mənbəyi deyil. Onların fəaliyyətini qınamıram. Normal müxalifət olsaydı bəlkə qınamaq olardı. Azərbaycandaki müxalifət deyil, disident hərəkatıdı. Normal şərait yoxdu axı. Qərargahlarından çıxarırlar, qəzetlərini buraxmağa mane olurlar, redaktorları həbs olunur. Əslində biz onları qınamamalıyıq. Onlar fədakarlıq edirlər.

- Yaxşı onların etdiyi fədakarlıqdı, bəs sizin aranızda davamçılar varmı?
- Bizim içimizdə, əlbəttə liderlər var. Mənim dostlarımın arasında Rəşadət var, Turqut var.

- Dost yox e, cəmiyyətin liderindən söhbət gedir?
- Biz onlarla birlikdə mübarizə aparırıq və mən onlara lider kimi baxıram. Araz Önər var, Səxavət var. Yəni bu qədər adam var. Belə bir fikir var ki, Azərbaycanda kadr çatışmazlığı var, gənc lider yoxdu. Amma yetərincə savadlı, bacarıqlı gənclərimiz var

- Bəs niyə meydanda görünmürlər?
- Onlar təzyiq altındadırlar. İndi internet dövrüdü axı. Bir müddətdən sonra yəqin ki, o adamlar görünəcək. Geniş kütləyə çıxmaq üçün həm də televiziya lazımdı. Televiziyaya da bu adamların düşməsi mümkün deyil. Qəzetlər də ki, aşağı-yuxarı həmçinin. Bir neçə qəzet var normal. Onlar da əsasən klassiklərə imkan yaradır. Yaxın 5 ildə bu adamlar öz sözünü deyəcək.

- Ətrafına 50 nəfər toplaya bilməyənlər sözünü deyəcək? Aksiyalar edirsiz 10-15 nəfərdən artıq iştirakçı toplaya bilmirsiz. Sizcə, belə vəziyyətdə hansısa liderdən söhbət gedə bilərmi?
- İndi təşkilatlanma dövrü keçiririk. Vaxt gələndə onların ətrafında yetərinə böyük kütlə toplaşacaq. İndiki müxalifət gedəcək. Onların yaş dövrü var.

- Ətrafınıza kütləni toplamaq üçün mütləq qocalmalısız? Mən bilən Əli Kərim siyasətə gələndə elə sizin liderlərlə yaşıd idi.
- Həmin dövr Xalq hərəkatına düşdü. Milyonlarla insanlar onlara qoşuldu. Gənclərin o dövdə ortaya çıxması asan idi. İndi isə vəziyyət çox gərgindi. O adamlar əzilir, universitet həyatımız belə yoxdu. Sovet dövründə bu var idi, tələblər bir araya toplaşırdı, İndiki hakimiyyət isə bunu istəmir. Universitetlər ancaq rüşvət almaqla məşğuldu. SSRİ-nin dağılması ərəfəsində, müstəqillik dövrünün ilk illərində bu asan idi və o dövrün gəncləri də bundan istifadə edib.

- Tələbəlik yaşaya bilməyən gənclərdə də günah var.
- Razıyam. Amma hər kəsdən qəhrəmanlıq gözləmək düzgün deyil.

- Siz qəhrəmanlıq edirsiniz?
- Mən qəhrəmanlıq etmirəm. Bunu adl fədakarlıqdı. Bilirsən, gəncliyimizin problemləri yenə də deyirəm ailədən başlayır, hər şeyə boyun əyməyi onlar bizə diktə edirlər. Sonra orta məktəblərdə saxtalaşdırılmış tarixi öyrədirlər. Kimlərin tariximizdə nə işlər gördüyünü bilmirlər o uşaqlar və nəticədə yarımçıq böyüyürlər. Amma bununla bərabər kifayət qədər adam var ortada. Karrupsiya bütün işləri ləngidir bu ölkədə. Hakimiyyət getməlidi, bu qədər olmaz. Koreya ilə bayraq davasına çıxır. Əlbəttə bayraq dəyərlidi. Ancaq başqa dəyərlərdə var axı. Bayrağını uca tutmaq istəyən ölkə əhlisinin sosial vəziyyətini yaxşılaşdırmalıdı. Hakimiyyət dəyişməlidi. Mənim üçün maraqlı deyil kim orda oturub. İlham Əliyev və ya başqası. Müəyyən mənada maraqlıdı. Amma İlham Əliyev demokratik yolla seçiləcəksə deməli o, hakimiyyətdə olmalıdı. Ancaq dəyişiklik şərti ilə. Dəyişiklik olmasa heç bir inkişafdan söz gedə bilməz.

- Belə bir fikir var ki, Azərbaycanda prezidentliyə digər real namizəd yoxdu...
- Bunu biz deyə bilmərik real namizd var, ya yoxdu. Bu ancaq şəffaf seçkilər keçiriləndə bəlli olacaq bir şeydi. Normal seçki bizdə keçirilməyib deyə bu haqda danışmaq bir qədər gülüncdü. Mən 2010-cu ilədə Seçkilər Manitorin Mərkəzində işləmişəm və seçkilərin keçirilməsində kifayət qədər qanun pozuntuları akarlanmışdı. Seçkiyə qədərki dövrdə də, seçikdə də qanun pozuntuları vardı. Normal seçki mühütü yaratsınlar və son nəticdə hamı real namizdələri görsün. Yəni bu ölkə o qədər naqisdi ki, bu xalq o qədərmi qısırdı ki, ən azından bir dənə prezidentliyə namizədi yoxdu?!

- Müxalifətə inam da yoxdu.
- Təbii ki, yoxdu. İndiyə kimi verilən vədlərə əməl etməmiş müxalifətə inamın olmaması normaldı. Amma heç hakimiyyətədə inam yoxdu, tam müqavimətsiz hala salıblar bu milləti və düz deyirsən, alternativ namizədin olmamasına əngəllərdən biri də məhz budur. Azərbaycanda hələ də rusiya texnologiyasıdı, azad fikirlərə qarşı istifadə edirlər.

- Təşkilatların arxasında hansısa güc strukturları durur, kimlərinsə ideyalarını təbliğ edirlər. Bəs Sizi kim maliyyələşdirir və ya belə deyək, kimlərin ideyasını təblığ edirsiniz?
- Mən sizi əmin edirəm ki, təşkilatımızın arxasında heç kim yoxdu. Tam müstəqil təşkilatdı, tərkibində kimlər varsa onlar qərar verir. Mənim yadımdadı ki, mənim ilk təcrübəm “Dalğa”da olub ona görə bu misalı gətirirəm, biz Ümid Partiyasının qərərgahında toplaşırdıq. Onda deyirdilər ki, İqbal Ağazadənin təşkilatıdı. Kimlərlə əməkdaşlıq edirdik elə onun da ayağına yazırdılar bizi. İndi də deyirlər Asim Mollazadənin təşkilatıdı. Bizim təşkilat isə Vətəndaş Həmrəyliyi Partiyasının qərərgahında toplanır. Çünki başqa yer yoxdu. Mən partiyanın rəhbəliyinə təşəkkür edirim. Yenə də deməliyəm ki, hakimiyyət bizə şərait yaratmır. Qərərgah şəhərdən uzaqdadı və biz ora gedəndə əziyyət çəkirik. Çəkməliyik də amalımız uğrunda.

- Bu göz önündə olan təşkilatlar arasında kimləri özünüzə rəqib görürsüz? Nidanı, Dalğa Gənclər Hərəkatını, yoxsa İrəli Gənclər Hərəkatını?
- “Nida” ilə biz eyni vaxta yaranmışıq və mən Nidanı rəqib hesab etmirəm. Biz dəyərlər üzərində mübarizə aparırıq, biz həmrəyik. Bir tərəfdə isə İrəli var. Fikirləri və düşüncə tərizi qoca olan gəclərin təşkilatı. Eşidəndə ki, İrəli Fransa Səfirliyinin qarşısında aksiya keçirib, güldüm. Bu adamlar nəyə etiraz edirdilər anlamadım, ifadə, söz azadlığının boğulmasına?! O adamların etiraz etməsinə haqqı çatır ki, Azərbaycanda da bu kimi hallara etiraz etsinlər. Bu insanlar bizə rəqibdi, düşüncələri, ideyaları bizə müxalifdi.

- Hakimiyyət yönlü təşkilatlar sizə rəqibdi? Bunu demək istiyirsiz?
- Bəli, bizimlə eyni dəyərləri paylaşanlar bizimlə eyni sıradadı, iqtidarın dəyərlərini təbliğ edənlər qarşımızdadı və rəqibimizdi. Mən hələ lider olmağa layiq olduğumuzu düşünmürəm. Bu gün liderlik iddiasında olanlarında üzvlərinin necə artdığını hamı bilir. Universitetlərdə YAP-çılar İrəli-nın sırasına qoşulur. Amalının, məqəsdini bilmədən. Çünki onlar məqsədsiz insanlardı.

- Dini inancınız hansıdır?
- Mənim dini inacım yoxdu, Amma təşkilatımızda dini inancları olan insanlar var. Hər kəs azaddı, biz heç kimi inanclarına görə mühakimə etmirik.

- Azadlıq deyirsiniz, Sizin ətrafınızdakı gənclik azadlığı hansısa partilərdə əylənməkdə, Allaha inanmamaqda və azad seksdə görür. Budu Sizin təbliğ etdiyiniz gənclik?
- Yox qəti, bizim fəaliyyətimizdə də bununla bağlı addımlar görmək mümkün deyil. Çünki yoxdu. Biz nə ateizimi, nə də klubları təbliğ edirik.

- Təşkilatınızın bir yaşını hansısa klubda qeyd etdiniz mən bilən.
- Bəli. Biz mətbuat konfransı da keçirib qeyd edə bilərdik. Amma bu qocalara uyğun bir addım olardı. Gənlik aktiv yaşamalıdı və biz də gəncliyimizə uyğun davrandıq. Gəcliyimizi hərə bir tərəfdən sıxır, mənfi enerji ilə dolu olan gənclərə belə bir şəkildə rahatlıq lazımdı, azadlıq lazımdı.

- Yeni yaranan və cəmi bir il rəhbərlik etdiyiniz təşkilatdan niyə istefa verdiniz?
- Nümunə üçün istefa verdim. Əslində bu bizim təşkilatın Nizamnaməsəndə yox idi. Amma mən təklif etdim. Bu yeni sədrin seçilməsi prosesində daha demokratik hava yaradacaq. Qurultaya Hazırlıq Üzərə Komitə yaradılıacaq və mən düşündüm ki, o mənim rəhbərliyim altında olmamalıdır. Bu demokratik bir nümunədi.

- Necə rəqibiniz var?
- İndiyə kimi 3 nəfər namızədliyini irəli sürüb. Mən, Təbriz Önər və Ziya Zamanlı.
Müəyyən qədər iddialıyam. Rəqiblərimdən Təbriz Önər bu gün gənclər arasında tanınan və seçilən gəncdi. Ziya ona nisbətdə az tanınır, amma çox iddialıdı. Mən isə öz təcrübəmə arxalanıram. Rəqiblərimin potensialı aşağı-yuxarı eynidi. Əslində onlar mənə rəqib deyil.

Sədan Bünyadova