Azərbaycan müğənnisi alt paltarı reklamı barədə

azerbaycan-mugennisi-alt-paltari-reklami-barede
Oxunma sayı: 671

“Qafqazinfo” Day.Az saytına istinadən verdiyi məlumata görə, o, ifaçıları toy biznesinə can atmaqda qınamağın düzgün olmadığı qənaətindədir: "Onların başqa gəlir mənbəyi yoxdur. Disklər satılmır, telekanallara çıxmaq üçün pul ödəməlisən, konsert biletləri satılmır".

Toylara yalnız yarım və ya bir saat ifa üçün getdiyini deyən K.Qaramollayeva bunun üçün aldığı qonorarın məbləğini də açıqlayıb. "Bir çoxlarından fərqli olaraq, qiyməti şişirtməyəcəm. Yarım saat üçün minimal məbləğ 700 manatdır. Amma bu, sabit qiymət deyil və o, dəyişə bilər", - deyə gənc ifaçı bildirib.

Vaxtilə model kimi bir sıra jurnallar üçün fotosessiyalar çəkdirmiş Kəmalə alt paltarları kolleksiyasının nümayişinin də əleyhinə deyil. O, bunun Azərbaycanda normal qarşılanmadığını xatırladıb: "Bu üzdən belə təklif alsam da, onu rədd edərəm. Amma başqa ölkədə yaşasaydım, belə çəkilişlərə razılaşardım".