Azərbaycanda siqaretin qiyməti qalxdı

azerbaycanda-siqaretin-qiymeti-qalxdi
Oxunma sayı: 686

“Qafqazinfo” xəbər verir ki, mağazalarda artıq siqaret 10-15 qəpik baha satılır. Bu həm yerli, həm də xaricdə istehsal olunmuş məhsullarda müşahidə olunur.

“Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı paytaxtdakı bir neçə marketdə müşahidə aparıb. Mağazaların əksəriyyətində siqaret yeni qiymətlə, bəzilərində isə köhnə qiymətlə satılır. Qiyməti qaldırmayanlar da bildiriblər ki, onlara da qiymətin artırılması ilə bağlı xəbərdarlıq edilib. Lakin hələlik onlar yeni partiya mal almadıqlarından köhnə qiymətlərlə satırlar.