Azərbaycandan “Twitter” rəhbərliyinə müraciət

azerbaycandan-twitter-rehberliyine-muraciet-
Oxunma sayı: 680

“Qafqazinfo” məktubu Azərbaycan dilində təqdim edir:

“Azərbaycan Respublikası Rabitə və İnformasiya Nazirliyinin verdiyi məlumata görə, “Twitter” rəhbərliyi saytın azərbaycan dilinə tərcüməsinə razılıq verib.
Bununla bağlı qeyd etmək istərdik ki, hər kəsə məlum olduğu kimi, “Twitter” yalnız lazımi qədər müraciət olduğu təqdirdə saytın hər hansı dilə tərcümə olunmasına razılıq verir. Bu müraciətlərin toplanması ilə əlaqədar “N!DA” Vətəndaş Hərəkatı 2011-ci ilin may ayında aksiyaya başlamış və saytın Azərbaycan türkcəsinə tərcümə olunmasını istəyən hər kəsdən “Twitter”-ə müraciət etməsi çağırışını yaymış, çağırışda müraciətin qaydasını ətraflı izah etmişdir.

Nəticədə “Twitter”-in ünvanına minlərlə müracitə getmiş, lakin görünür ki, son günlərə kimi müraciətlər tələb olunan həddə çatmamışdır. İndi isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Nazirliyi verdiyi məlumatla dolayı olaraq, “N!DA”nın təşəbbüsü ilə göndərilən müraciətlərin lazımi saya çatdığını təsdiq etmişdir.

Bu xəbər Azərbaycan türkcəsinin ana dili olan hər bir “Twitter” istifadəçisi kimi bizi də sevindirmişdir və bundan dolayı “Twitter” təhbərliyinə xüsusi minnətdarlığımızı bildiririk.”

Əlavə olaraq, Sizdən xahiş edirik ki, həm Azərbaycan hökuməti ilə danışıqlarda, həm də digər açıqlamalarda “twitter”-in tərcüməsi üçün müraciətləin toplanması istiqamətində aylardır ki, çalışan “N!DA”-nın əməyini qiymətləndirəsiniz və bu tərcümənin müvafiq kampaniyanın nəticəsi olduğunu qarşı tərəflərin diqqətinə çatdırasınız."