Belarus xalqı da dikəlir – Fotosessiya

<b>Belarus xalqı da dikəlir – <font color=red>Fotosessiya </b></font>
Oxunma sayı: 335





Belarusda xalq ayağa qalxıb. Lakin dünəndən bəri hakimiyyətin iqtisadi siyasətinə qarşı icazəsiz aksiya keçirənlərin həbsi həyata keçirilir. “Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, minə yaxın insan paytaxt Miskin “Oktyabr” meydanına toplaşıb. Polis sərt addımlar atır.

Adi vətəndaşlardan tutmuş, jurnalistlərə qədər 450-dən çox vətəndaş həbs olunub. Sosial şəbəkələrdə təşkilatlanan nümayiş iştirakçıları dünəndən aksiyaya başlayıb. Bir neçə həftə əvvəl də aksiya keçirməyə cəhd olunmuşdu.

Qeyd edək ki, qeyri-qanuni aksiyada həbs edilənlər məhkəməyə çıxarılacaq və xuliqanlıqda mühakimə olunacaqlar. Artıq həbs olunan jurnalsitlər azadlığa buraxılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi