Berti Foqtsa aftafa verdilər

berti-foqtsa-aftafa-verdiler
Oxunma sayı: 991

Türkiyə mətbuatının iddia etdiyinə görə, brifinqdən sonra Foqtsa hücum olub. Bu haqda almaniyalı jurnalistlərə açıqlama verən baş məşqçi ona hücum edənlərin 3 nəfər olduğunu bildirib. Foqts həmçinin qeyd edib ki, artıq bununla bağlı polisə şikayət edib.

Almaniyalı mütəxəssisin həmçinin vəkilləri ilə görüşəcəyi bildirilir.

Fanat.az portalının yaydığı məlumata görə isə brifinqdən sonra bir qrup jurnalist Berti Foqtsun millidəki fəaliyyətindən narazılığını ifadə etmək məqsədi ilə ona aftafa və tualet kağızı təqdim edib. Görünür almaniyalı mütəxəssis jurnalistlərin bu hərəkətini hücum kimi qiymətləndirərək almaniyalı media mənsublarına qeyri-dəqiq məlumat ötürüb.