“Biz xoş günümüzdən kiminsə evin sökmürük”

biz-xos-gunumuzden-kiminse-evin-sokmuruk
Oxunma sayı: 654

SalamNews-un xəbərinə görə, bunu jurnalistlərə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

O deyib: "Belə yerlərdə qeyri-qanuni tikilən evlərdə yaşayan insanları təhlükə gözləyir. Biz xoş günümüzdən kiminsə evin sökmürük. Biz istəyirik ki, əhali daha rahat və təhlükəsiz yerlərdə yaşasınlar".

R.Abdullayev əhaliyə müraciət edərək, onları neft ərazilərində qeyri-qanuni ev tikməməyə çağırıb: "Qanunsuz yerdə ev tikənlər ailələrini təhlükə altına atırlar".

Sabunçu rayonunda 311 saylı məktəbin binasının altından qaz xətti keçdiyi üçün təhsil ocağının bağlanmalıdırmı sualına ARDNŞ prezidenti deyib: "Bu məsələdən xəbərim var. Həmin məktəb yoxlanılmadan tikilib. Ona görə, orada təhsil alan məktəbliləri təhlükə gözləyir. Hesab etdik ki, bu məktəb bağlanılmalıdır".