Bu gün Bakıda şaxta və çovğun olacaq

bu-gun-bakida-saxta-ve-covgun-olacaq
Oxunma sayı: 678

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir qar yağacağı, çovğun olacağı gözlənilir. Havanın temperaturunun gecə 6-10 dərəcə şaxta, gündüz 3-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında qar yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta, dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta təşkil edəcək.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

anspress