Cübbeli Hoca “Möhtəşəm yüzil”ə “haramdır” dedi

cubbeli-hoca-mohtesem-yuzile-haramdir-dedi
Oxunma sayı: 642

Jurnalistin, “filmin ssenari müəllifinin xərçəng olması və bunun Türkiyədə yaşayan müəyyən qrupun lənəti ilə olması” barədə sualına cavab verən din xadimi insanların lənəti olmadığını, amma bu serialın “katmerli” (qat-qat) haram olduğunu deyib: “Camaatın lənətləməsi kimi bir şey mümkün deyil. Sadəcə Allah lənətləyə bilər. Bizim qrup olaraq da bu filmi, aktyorlarını lənətləməyimiz kimi bir vəziyyət yoxdur. Amma bu serial İslama uyğun deyil. Qurana və sünnətə də uyğun deyil. Bu serial keçmiş əcdadımızın namusunu, hərəmini, heysiyətini incitdiyi üçün “katmerli” haramdır”.

Çıxışının davamında Radio Televiziya Ali Şurasını (RTÜK) vəzifəyə çağıran Ünlü bu qurumun belə serialların qarşısını almalı olduğunu, çünki bunun milli bir məsələ olduğunu bildirib.


ANS PRESS