BDU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

bdu-da-xocali-soyqirimi-qurbanlarinin-xatiresi-anilib
Oxunma sayı: 1229

Bakı Dövlət Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, rektor Abel Məhərrəmov çıxışında Xocalı soyqırımının tarixdə ən qəddar və amansız terror hadisələrindən biri, xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu vurğulayıb. Rektor 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan etdiklərini, 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlar olmaqla, 613 Xocalı sakininin ağlasığmaz vəhşiliklə qətlə yetirdiklərini diqqətə çatdırıb. 

AMEA-nın Tarix İnstitunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək XX əsrdə azərbaycanlıların dörd dəfə kütləvi qırğınlara, soyqırımlara və etnik təmizləmələrə məruz qaldığını bildirib, Xocalı faciəsinin 200 illik qanlı tariximizin son soyqırımı olmasından bəhs edib.
Daha sonra Bakı Dövlət Universitetinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi hazırlanan və Xocalı soyqırımından bəhs edən “Cəzasız cinayət” adlə sənədli film nümayiş etdirilib.