Əhmədinejad: “Ermənistanla əməkdaşlığı genişləndirmək istəyirik”

ehmedinejad-ermenistanla-emekdasligi-genislendirmek-isteyirik
Oxunma sayı: 713

“İran Ermənistanla əməkdaşlığı genişləndirmək niyyətindədir”. “Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri İran prezidenti Mahmud Əhmədnejat Tehranda Ermənistanın nümayəndə heyəti ilə görüşü zamanı bildirib: “Hər iki ölkəni tarixi və mədəni əlaqələr bağlayır. Qarşılıqlı anlaşma yolu ilə regiondakı problemləri dərhal həll etmək lazımdır”. Ermənistanın Energetika və Təbii Resurslar Naziri Armen Movsisyan da öz növbəsində, ikitərəfli əməkdaşlıqda inkişafın ümidverici olduğunu və birgə layihələrin reallaşdırılmasının bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edək ki, Mahmud Əhmədnejat iyunun 6-da İrəvanda ikigünlük rəsmi səfərdə olacaq.

Səidə Teyyubqızı