Eldar İbrahimov YAP rəhbərliyində kimi ittiham edir?

eldar-ibrahimov-yap-rehberliyinde-kimi-ittiham-edir
Oxunma sayı: 1225

Bu açıqlama ilə YAP İdarə Heyətinin üzvü, məşhur “91-lər”dən olan deputat Eldar İbrahimov “Bizim Yol” qəzetinə müsahibəsində çıxış edib. Qeyd edək ki, Eldar İbrahimov hələ YAP yaradılmamışdan öncə Heydər Əliyevin ən alovlu müdafiəçilərindən biri olub.

O dövrdə Ali Sovetin üzvü olan Eldar İbrahimovun parlamentdə Heydər Əliyevin müdafiəsinə qalxdığını, onun Bakıya gəlişinə çalışdığını sübut edən videomateriallar mövcuddur. Həmin videomateriallar Heydər Əliyevlə bağlı efirə gedən verilişlərdə indi də əsas faktlardan biri olaraq təqdim olunmaqdadır. Odur ki, Eldar İbrahimovun sonradan YAP-a gəlib rəhbər strukturda özünə yer edənlərin üzərinə getməyə haqqı çatır.
Eldar İbrahimovun kimlərə işarə etdiyini müəyyənləşdirmək üçün YAP İdarə Heyətinin üzvlərinin kimlər olduğunu araşdırdıq. Məlum oldu ki, YAP İdarə Heyətinin 20 üzvü var. Onların siyahısını təqdim edirik. Əliyev İlham Heydər oğlu, Abutalıbov Hacıbala İbrahim oğlu, Əhmədov Əli Cavad oğlu, Ələsgərov Murtuz Nəcəf oğlu, Əliyev Vaqif Qədir oğlu, Əliyev Yaqub Canəhməd oğlu, Əsgərov Şahlar Qaçay oğlu, Həsənov Əli Məmmədəli oğlu, Hümbətov Yusif Kərim oğlu, Xudiyev Nizami Mənaf oğlu, Kərimov Kərim Hacıxan oğlu, Qaralov Zahid İbrahim oğlu, Qurbanlı Mübariz Qəhrəman oğlu, Məhərrəmov Abel Məmmədəli oğlu, Mərdanov Misir Cumayıl oğlu, Muradova Bahar Əvəz qızı, Novruzov Siyavuş Dünyamalı oğlu, Rəhimzadə Arif Qafar oğlu, Talıbov Vasif Yusif oğlu, Zabelin Mixail Yuryeviç.
Bu şəxslərdən kimlərin 1992-ci ilin payızında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən “91-lər”dən olduğunu dəqiqləşdirmək üçün isə həmin 91 nəfərin siyahısını araşdırdıq.
Məlum oldu ki, hazırda “91-lər”dən YAP-ın İdarə Heyətində cəmi 7 nəfər var. Həmin yeddi nəfərin siyahısı isə aşağıdakılardan ibarətdir: Kərim Kərimov, Əli Əhmədov, Hacıbala Abutalıbov, Şahlar Əsgərov, Zahid Qaralov, Murtuz Ələsgərov və Mixail Zabelin. Bu şəxslərdən hazırda ikisi-Əli Əhmədovla Mixail Zabelin deputatdır.
Belə məlum olur ki, Eldar İbrahimov bu 7 nəfəri yox, qalan 13 nəfərdən kimlərisə nəzərdə tutur. 13 nəfərdən İlham Əliyevlə Vasif Talıbovun Heydər Əliyevin əleyhinə olmadığı bəllidir. Onlardan biri 1992-ci ildə Moskvada, biri isə Naxçıvanda yaşadığı üçün adları “91-lər” siyahısına düşməyib. Deməli, E.İbrahimov aşağıdakı 11 nəfərdən hansınasa işarə edir: Əliyev Vaqif Qədir oğlu, Əliyev Yaqub Canəhməd oğlu, Həsənov Əli Məmmədəli oğlu, Hümbətov Yusif Kərim oğlu, Xudiyev Nizami Mənaf oğlu, Qurbanlı Mübariz Qəhrəman oğlu, Məhərrəmov Abel Məmmədəli oğlu, Mərdanov Misir Cumayıl oğlu, Muradova Bahar Əvəz qızı, Novruzov Siyavuş Dünyamalı oğlu, Rəhimzadə Arif Qafar oğlu.
Bu mövzuda söhbət etdiyimiz keçmiş YAP-çı, “Xalq” qəzetinin sabiq baş redaktoru Mahal İsmayıloğlu bildirdi ki, uzun müddətdir YAP-ın rəhbərliyindəki Heydər Əliyevin komandasının sıradan çıxarılması prosesi gedir. Məhz bu prosesin nəticəsində İdarə Heyətində “91-lər”dən cəmi 7 nəfər qalıb: “Bu gün YAP rəhbərliyində 1992-ci ildə Heydər Əliyevi dəstəkləyib partiyanın qurulmasında iştirak edən şəxslərin sayı bir neçə nəfərdən o tərəfə keçmir. Eldar İbrahimov əslində həqiqəti dilə gətirib. Hazırda YAP-ın rəhbərliyi Heydər Əliyevin əleyhinə olan şəxslərin əlindədir. YAP-ın icraçı katibi Əli Əhmədov, onun müavini Mübariz Qurbanlı YAP yarananda AMİP-in üzvü idilər. Sonradan YAP-a gələn bu cür adamların partiyada söz sahibinə çevrilməsinə hər vasitə ilə mane olurlar. YAP tədricən Heydər Əliyevin komandasından təmizlənir. Görünür, Eldar İbrahimov da bu vəziyyətdən narazıdır və artıq narazılığını bu şəkildə ifadə edir”.

musavat.com