Əli Kərimlinin qaynı həbs olundu

eli-kerimlinin-qayni-hebs-olundu
Oxunma sayı: 985

41 yaşlı Elnur Seyidov Bakıda yaşayır, bank işçisidir. “Media forum” saytı xəbər verir ki, Elnur Seyidovu Milli Təhlükəsizlik Nazirliyi saxlayıb. Onun nədə ittiham olunduğu hələlik bilinmir.

***

Vəkil Əsabəli Mustafayev “Media forum” saytına açıqlamasında AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun saxlandığını təsdiqləyib.

Əsabəli Mustafayev deyib: “Bank işçisi olan Elnur Seyidovun hüquqlarını vəkil Fəxrəddin Mehdiyevlə mən müdafiə edirik. Elnur Seyidovu martın 27-si günorta saatlarında Bakıda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. Martın 28-də Elnur Seyidovla görüşmək üçün MTN-ə getdik. Məni görüşə buraxmadılar. Ancaq Fəxrəddin Mehdiyev Elnur Seyidovla görüşüb”.

Əsabəli Mustafayev əlavə edib ki, Əli Kərimlinin qayını siyasətdən uzaq adamdır.

MTN-in ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev “Media forum” saytına bildirib ki, sözügedən məsələ ilə bağlı mərkəzə hər hansı məlumat daxil olmayıb.