“Ən gözəl qadını seçdiyi kişidən tanı”- Şeirlər

en-gozel-qadini-secdiyi-kisiden-tani-seirler-
Oxunma sayı: 1797





Xalq mahnısı can, can

Ən gözəl qadını seçdiyi kişidən tanı, başına dönüm
Hər alçaq kişidə bir gözəl qadın ölür
Ay gülüm eyy, can gülüm eey
əlində fincan
can, can

bu qızın qabaqdan qızıldı dişi
dişinin üstündən baxır gülüşü
daha bundan onra ölməkdi işim
ay gülüm ey, can gülüm ey
əlində xurma
önümdə durma
camaat baxır
ayıbdı mana.

Məni acıqlandırmayın çıxıb gedərəm istanbula
Bakıda bir oda qəhətddi mənə
Sevgi allah əmridi başına dönüm
Bakıda bu sevgim qələtdi mənə.
Bütün sevdiklərim getdilər ərə
Dükançıya, su satana
əlli ildi söyürəm
həm alana, satana.
Ay gülm ey, can gülüm ey
Mən sarı gəlmə
Dərdimi bilmə
Yeri, yeri sinən üstə yeriyən kişiyə
Qoyma ayaqları ağrısın.

Demə ki, qarğışım tutmadı səni
Tutdu ki, dövlətə mala aldandın
Allahımın dərgahına yetişdim
Söylə görüm sən harada yubandın?
Səni belə-belə olmuş yar
Özgəyə alışmış yar
Başı qarışmış yar
Kəsəsindən başı yox yar
Başın hanı
Başını tap gəl


Mənə dedilər ki, yarın atıbdı səni
Getdim görüm məni kmə dəyişib.
Ay gülüm eyy
Gedib nə görsəm yaxşıdı
Nə, nə, nə, nə, nə, nə?
Deməli də deyil deyəm
Məni, məni, məni, məni yar
Sevgisi çolağa, şilə dəyişib
Həm də beş-on manat pula dəyişib
Səni aşıq Ələsgər ağlasın a yar
Yar, yar, yar, yar a yar
Çınqıdı, çınqıdı, çınqıdı
Görüm sənin saçın yar
Ağarmasın
Tökülməsin, çürüsün
Ölməli yar
Sirrini açıb hamıya deməli yar
Peşman olub qayıtsa
Yolun ortasında qoyub getməli yar.
Acığa düşüb başqasını sevməli yar
A gülüm can-can
Nə çıxar soruşmaqdan
Daha çıxıb gedib buralardan Qəşəmin.



Qarabağ şikəstəsi

Bakı şəhərində
Yazıçılar Birliyində
vətənimin yanında
vətənimin önündə
ayə, ölürəm mən.
Özü də yaman ölürəm
Sevgili canan ölürəm

əzizinəm restoran şuşa
qayası smentle qayrılan şuşa
smentin köhnəymiş nəymiş
daşından bir parça qırılan şuşa
adın yazlan yerə şuşa deməzlər
havan olan yerə şuşa deyərlər
ayə, ölürəm mən,
dağda duman ölürəm
qardaş yaman ölürəm

Səni yeyib içmək yeri bildik, Şuşa, ay Şuşa
kabab yedik sümükləri çəməninə tulladıq
çiçəklərin başını yardıq, qan-qan
qışı gəlib bakıda qaldıq, can, can
yayda səni tapladadıq, dan, dan
ayə ölürəm mən
bağda bağban ölürəm
qardaş yaman ölürəm.


əzizinəm məktəb şuşa, abtek şuşa, salon şuşa
kitab şuşa, şeir şuşa roman şuşa
Ayə,mənim şuşamı hər şeyə bənzətməyin
mənim şuşamı bu qədər kişiltməyin, ayə
qoyun şuşam qalsın şuşalığında
qoyun şuşam qalsın şüşəliyində
ayə, ölürəm mən
sənə qurban ölürəm
dəli çeyran ölürəm

əzizinəm tar çalan pulu gözlər
pul pulu gətirər, pul pulu gözlər
gözlərin sahı diz çökdürərdi
gözlərin bu axşam borc pulu gözlər
ayə ölürəm
sonam ölürəm
anam ölürəm
sənə qurban ölürəm.

heç demirsiziniz niyə ölürəm
tüfəngim pas atıb ona gorə ölürəm
buna görə ölürəm
ona görə ölürəm
sənə görə ölürəm
cəhənnəmə ölürəm.
Qara yola ölürəm
Kimin nə vecinə ölürəm.