Berti Foqts Böyükağa Hacıyevlə bir arada

berti-foqts-boyukaga-haciyevle-bir-arada
Oxunma sayı: 1022


 “Qafqazinfo”nun Apasport.az saytına istinadən məlumatına görə, almaniyalı mütəxəssis və onun köməkçisi Volfqanq Rollf bu dəfə “Neftçi”nin düşərgəsini ziyarət ediblər.

Foqts “Mardan Sport Complex”də “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyevlə görüşüb və fikir mübadiləsi aparıb. Millinin baş məşqçisi bu gün Bakı vaxtı ilə saat 18.00-da keçiriləcək “Qəbələ” – “Tobol” (Qazaxıstan) qarşılaşmasını da izləyəcək.

Qeyd edək ki, Berti Foqts Antalyada olduğu müddətdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “İnter”in çalışdırıcısı Kaxaber Tsxadadze, “Xəzər Lənkəran”a rəhbərlik edən Mustafa Dənizli, “Simurq”un baş məşqçisi Ceorgi Çixradze və Türkiyənin “Sivasspor” klubunu çalışadıran Roberto Karlosla da görüşüb.