Əsas rəqib bu iki şəxsdir

esas-reqib-bu-iki-sexsdir
Oxunma sayı: 678

“Azadlıq” radiosu “2013-cü ildə Ilham Əliyevin əsas rəqibi kim olar?” mövzusunda sorğu keçirir. Səsvermə bu il yanvarın 8-dən radionun saytında yerləşdirilib. Sorğu hələ davam edir. Indiyə kimi 2896 nəfərin səs verdiyi nəzərə çatdırılır.

Bir ay ərzindəki səsvermənin nəticələrinə görə, 2013-cü ildəki prezident seçkilərində Ilham Əliyevin əsas rəqibi Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli sayılır. Səslərin 40%-i Ə.Kərimliyə verilib.

Sorğuya görə ikinci yeri tutan Müsavat Partiyası başqanı Isa Qəmbərə səslərin 29,5%-i verilib.

Maraqlısı budur ki, cəmiyyətdə 2013-cü ildə prezidentliyə namizəd kimi adı hallandırılan deputat Mehriban Əliyevaya 9,5% səs verilib. Mühacirətdə olan eks-spiker Rəsul Quliyev səslərin 5,7%-ni, Ziyalılar Forumunun qurucularından Eldar Namazov isə 3,6%-ni qazanıb.