“Beyində quruma” nədir?

beyinde-quruma-nedir-
Oxunma sayı: 38649

Qafqazinfo xəbər verir ki, bu fikirləri hafta-ichi.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla keçmiş deputat Gülər Əhmədovanın beyninin qurumağı ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib. Həkimin sözlərinə görə, beyində quruma deyilən hal tibbi proqnoz deyil: “Tibbi proqnozların öz adı, öz izahı var. Bu, xalq arasında işlənən ifadədir. Beyində quruma deyilən şey beyin damarlarının aterosklerozunun əlamətidir. Bu, pis qidalanma zamanı, yaxud da yaşlı adamlarda toxumaların geriyə inkişafı zamanı peyda olur”.
A.Qeybulla bildirib ki, G.Əhmədovanın baş ağrıları beyinin pis qidalanmağı ilə bağlı ola bilər: “Ürək ağrısına gəlincə isə hesab edirəm ki, bunun səbəbi araşdırılmalıdır, tibbi müayinədən keçməlidir. Düşünürəm ki, diaqnoz həkimlər tərəfindən səsləndirilməlidir ki, buna münasibət bildirmək də olsun”.