“Bəzi səhvlər psixoloji və fiziki yorğunluğun səhvidir” - Qurban Qurbanov

bezi-sehvler-psixoloji-ve-fiziki-yorgunlugun-sehvidir
Oxunma sayı: 1720

Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçından sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərə oyunla bağlı fikirlərini bildirib:

- Rəqibi təbrik edirəm. Maraqlı oyun oldu. Futbolçularımın hamısından razı qaldım. Çətin olsa da, heyətdə rotasiya apardıq. Məğlubiyyətdən xilas olmaq istəsək də alınmadı. Uğurlu seriya davam edirsə, nə vaxtsa qırılmalıdır. Yorğunçuluq var, amma çalışıb heyətimizi optimal formaya salıb digər matçlara hazırlayaq. Zədəlilərimiz var. Az vaxtda çox diqqətli olmalıyıq.

- “Atletiko” ilə ağır oyunun bu matça təsiri oldu?

- Bəlkə də, müəyyən dərəcədə oldu. Heyətdə də bəzi dəyişikliklər oldu. Elə futbolçularımız var idi ki, hər iki oyunda meydana çıxmışdılar. Bu qarşılaşmada həddindən artıq psixolji gərginlik var idi. Ağır görüşdən sonra futbolçular istədiyi kimi hazırlaşa bilmir. Amma birinci dəfə deyil ki, bu vəziyyətlə üzləşirik. Bəzi səhvlər psixoloji və fiziki yorğunluğun səhvidir.

- Buraxılan qolda ofsayd var idi?

- Gərək təkrara baxaq. Futbolda səhvlər olur. Bu cür oyunlarda həmişə ən gərgin olan insanlar hakimlərdir. Çalışırlar ehtiyatlı olalar.

- Bu gün ot çox sürüşkən idi...

- Əvvələr də nadir hallarda belə şeylər olurdu. Bu gün əvvəlki dövrlərə baxanda ot daha qısa idi. Bu sürətli oyun üçün yaxşıdır.

- Demək olar ki, “Qəbələ” geri döndü?

- Belə şeylərə heç vaxt fikir verməmişəm. Normal bir haldır. Heç vaxt buna görə arxayınlaşmamalıyıq ki, çətin vəziyyətə düşməyək.