Gündə 10 litr Cola içdi, öldü

gunde-10-litr-cola-icdi-oldu
Oxunma sayı: 657

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, aparılan araşdırma zamanı Harrisin gündə 10 litr Coca-Cola içdiyi təsbit edilib.

Harrisin ölüm səbəbini araşdıran patoloq Dan Mornin qadının qida rejiminin qorunmadığını, gündə 8-10 litr Coca-Cola içdiyini söyləyib.

Harrisin əri Chris Hodgkinson deyib ki, Nataşa səhər yuxudan qalxanda ilk işi Coca-Cola içmək olub.

Otago universitetinin əməkdaşı, alim Lisa Te Morenga hər hansı bir içkini həddindən artıq miqdarda qəbul etməyn bədənin təbii tarazlığını pozacağını qeyd edib.

Coca-Cola şirkətinin nümayəndələrindən olan Karen Thompson da hadisə ilə bağlı münasibətini açıqlayıb: “Məhsullarımız etibarlıdır. Ədliyyə tibb qurumunun “su daxil olmaqla bir içkinin, ya da yeməyin həddin artıq qəbulu sağlamlığa zərərlidir” şəklində verdiyi açıqlamanı müdafiə edirik”.