İdxal və ixracdakı baryerlər...

idxal-ve-ixracdaki-baryerler
Oxunma sayı: 684

İTM İctimaiyyətlə əlaqələr departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, bu məqsədlə “Avropa” otelində “İdxal və ixrac prosesində inzibati baryerlərin müəyyənləşdirilməsi, xərclərin hesablanması” mövzusunda Dəyirmi Masa təşkil edilib.

Dəyirmi Masada Milli Məclisin, Vergilər Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, İstehlak Mallarının Ekspertizası Bürosunun, AZPROMO-nun, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Baytarlıq Xidmətinin, Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Quşçular Cəmiyyətinin, ABŞ və Britaniya səfirliklərinin, GIZ-in, Soros Fondunun, ölkənin aparıcı beyin mərkəzlərinin və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri açan İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu rəhbərlik etdiyi təşkilatın ekspertlərinin idxal prosesini quş və balıq yeminin idxalı timsalında, ixrac prosedurlarını isə nar məhsullarının Avropa Birliyi ölkələrinə ixracı istiqaməti üzrə araşdırdıqlarını bildirib. Q. İbadoğlu bildirib ki, tədqiqat prosesində idxal və ixrac qanunvericiliyinin ekspertizası aparılıb, qanunverici aktların praktikada tətbiqi vəziyyəti araşdırılıb, idxal və ixrac əməliyyatlarının iştirakçısı olan bütün maraqlı tərəflər və təsir qrupları ilə görüşlər keçirilib və hər mərhələ üzrə inzibati baryerlər müəyyənləşdirilərək, xərclərin zamana görə və pul ifadəsində hesablanması həyata keçirilib.

Sonra söz USAID-nin “Azərbaycanda Rəqabətlilik və Ticarət Layihəsinin” rəhbəri xanım Melani Şultza verilib. Xanım Melani tədqiqat çərçivəsində görülən işlərdən danışaraq Dəyirmi Masa iştirakçılarına aparılacaq müzakirələrdə uğurlar arzulayıb.

Daha sonra İTM tədqiqat qrupunun üzvləri Qalib Toğrul və professor Fuat Rəsulov idxal və ixrac prosesinin araşdırılmasının yekun hesabatları əsasında təqdimatlar ediblər. Təqdimatlarda həm idxal, həm də ixrac prosedurları üzrə aparılan tədqiqatın yekunu kimi tapıntılar, təkliflər və onların təsirlərinin qiymətləndirilməsi barədə qısa məlumat verilib. Təqdimatlardan sonra hər iki tədqiqat ətrafında geniş müzakirələr aparılıb, İTM tədqiqat qrupu üzvləri və USAID-nin “Azərbaycanda Rəqabətlilik və Ticarət Layihəsinin” əməkdaşı Elxan Mikayılov tərəfindən tədbir iştirakçılarında yaranmış suallar cavablandırılıb.

Nigar Məmmədli