İgidlər ov ovladı, quş quşladı - Fotosessiya

igidler-ov-ovladi-qus-qusladi-fotosessiya
Oxunma sayı: 686

“Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirə Azərbaycan, Türkiyə, İran, Rusiyadan qonaqlar qatılıb. Tədbirdə Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən qonaqlar, Kvemo-Kartli bölgəsinin rəsmiləri iştirak edib.
Bakıdan gedən qonaqlar sırasında elm adamları Cəlal Allahverdiyev, Telman Əliyev, tanınmış folklorşünas Elxan Məmmədli, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, şairlər Abbas Abdulla, Dərviş Osman Əhmədoğlu, Rəhman Babaxanlı, Fəxrəddin Meydanlı, Qiymət Məhərrəmi, aşıqlar Tərmeyxan Sədioğlu, Əşrəf Qəriboğlu, Qızqayıt Kəlbəcərli, tanınmış tarzən Gülağa Zeynalov, xanəndə Etibar Rəhimov, şair-publisist Əziz Musa, “Şuşa” Birlik Cəmiyyətinin sədri Zahid Quliyev, sədr müavini Umudvar Məmmədli və başqaları olub.

Tədbirdə at yarışı keçirilib, pəhləvanların güclərini sınayıblar, aşıqlar, muğam ustaları çıxış ediblər.