Bir ailə qəzaya düşdü

bir-aile-qezaya-dusdu
Oxunma sayı: 967

Şirvanda baş verən avtoqəzada 4 nəfər xəsarət alıb, onlardan üçü bir ailənin üzvüdür.Bu barədə APA-ya Şirvan polis şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, iyulun 7-də saat 23:00 radələrində sürətlə hərəkətdə olan, Hacıqabul rayonu Muğan kənd sakini Əliyev Əliyusif Asəf oğlunun idarə etdiyi 10 LT 204 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, Şirvan şəhəri H.Əliyev prospektində yolun kənarında dayanan Şirvan sakini, 1983-cü il təvəllüdlü Bağırov Samir Muxtar oğluna məxsus “VAZ 2107” markalı, 18 BE 774 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.  

“Mercedes” güclü zərbədən yoldan çıxaraq bir neçə dəfə yuvarlanıb.

Nəticədə “Mercedes”in sürücüsü və “VAZ 2107”də olan bir ailənin üzvü olan sərnişinlər -  1990-cı il təvəllüdlü Həmidova Səidə Saleh qızı, 2005-ci il təvəllüdlü Bağırova Sevinc Samir qızı və 1997-ci il təvəllüdlü Bağırova Aysel Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şirvan şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. 

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılıb.