İvanişvili siyasətdən gedəcəyini açıqladı

ivanisvili-siyasetden-gedeceyini-aciqladi
Oxunma sayı: 647

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, bu müddətdən sonra İvanişvili vətəndaş cəmiyyətinə keçəcək: “Mənim rəhbərlik etdiyim koalisiya parlament seçkilərində qalib gəldikdən sonra dəqiq deyə bilərəm ki, yarım ildən sonra siyasətdən gedəcəm, lakin Gürcüstanı tərk etməyəcəyəm”.

Onun sözlərinə görə, siyasətdən gedəndən sonra arxada elə bir komanda qoymaq istəyir ki, həmin komanda “Gürcü arzusu” nun seçkiqabağı vədlərini yerinə yetirsin: “Bununla da mən öz vədlərimə görə məsuliyyəti üzərinmdən atmıram. Mən vətəndaş cəmiyyətinin aktiv üzvü olmaq niyyətindəyəm”.

İvanişvili bununla da vətəndaş cəmiyyəti sıralarından hökumətin fəaliyyətinə nəzarət edəcəyini bildirir.