“Bizdə benzin niyə bahadır?” - Millət vəkili

“Bizdə benzin niyə bahadır?”
Oxunma sayı: 3165

“Rusiyada bezninin qiyməti bizdən 26% aşağıdır, amma əmək haqqı 2,1 dəfə yüksəkdir. Qazaxıstanda isə 6% bizdən ucuzdur, əmək haqqı isə 1,5 dəfə bizdən yüksəkdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Bizim yol”a açıqlamasında millət vəkili Əli Məsimli deyib. O, bildirib ki, bu məsələni Milli Məclisdə də qaldırıb: “Rəsmilər çox vaxt deyir ki,bizdə benzinin qiyməyi ucuzdu. Qiyməti qaldırıb benzinin keyfiyyətini yaxşılaşdıracağıq. Qiymət qalxır,amma benzinin keyfiyyəti yaxşılaşmır. Düzdü, bizdə benzinin qiyməti orta dünya göstəricisindən (1,1 dollar) və inkişaf etmiş ölkələrdəkindən ucuzdur. Amma biz özümüzü Rusiya və Qazaxıstanla müqayisə etsək və bizdə benzinin keyfiyyətinin aşağı olduğunu və orta gəlirləri də da ora əlavə etsək, onda bizdə qimət bahadır. 

Deməli keyfiyyət də, gəlirlərimiz də onlardakından aşağı olduğundan, bizdə Aİ -92 benzinin1 litrinin qiyməti rəsmən 90 qəpik olsa da,əslində bundan yüksək çıxır və həmin ölkələrdəkindən bahadır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi