Bizimkilər Avropada bəyanat verdilər

bizimkiler-avropada-beyanat-verdiler
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda Avropada fəaliyyət göstərən Azərbaycan təşkilatları mitinqlərdə etiraz edənlərin həbs olunmasını repressiya kimi qiymətləndirir: “Azərbaycanın müstəqilliyinin qazanılmasında, Müstəqillik Aktının qəbul edilməsində xüsusi xidmətləri olmuş Arif Hacılının müstəqilliyimizin 20-ci ildönümündə həbsdə saxlanılması dövlət üçün utancverici hadisədir”.

Bəyanatda 2 aprel məhbuslarının məhkəmə proseslərinə də toxunulur və məhkəmə prosesinin gedişatı siyasi sifariş kimi qiymətləndirilir. Bəyanatda Avropada fəaliyyət göstərən təşkilatlar Azərbaycan hakimiyyətindən siyasi məhbusları azadlığa buraxmağı, repressiyalara son qoymağı tələb edir: “Bütün olanlara rəğmən, yenə də ümid etmək istərdik ki, Azərbaycan hakimiyyəti beynəlxalq qurumların diqqətində olan bu məhkəmə şoularına son qoymağa özündə iradə tapacaq. Biz isə öz növbəmizdə bildiririk ki, demokratiya fədailərinin qanunsuz həbsi, Azərbaycandakı repressiyalarla bağlı yaşadığımız ölkələrin dövlət qurumlarına, Qərb ictimaiyyətinə, Avropadakı beynəlxalq təşkilatlarının rəhbərliyinə həqiqətlərin çatdırılması üçün bütün imkanlarımızdan istifadə edəcəyik”.

Eldəniz Yusibov - Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı: Hollandiya
Rəşad Sadıqov - Odlar Yurdu Cəmiyyəti : Hollandiya
Fikrət Hüseynli - Yeni Müxalifət Hərəkatı : Hollandiya
İlham Həsən - Frankfurt Azərbaycan Cəmiyyəti: Almaniya
İntiqam Məmmədov - Hamburq Azərbaycan Cəmiyyəti : Almaniya
Sərdar Ağayev - "Oğuz Yurdu" Cəmiyyəti : İsveç
Əli Ağayev - "Prometey" Təşkilatı : İsveç
Teymur Eminbəyli - Bütöv Azərbaycan Təşkilatı - İsveç
İsa Sadıqov - Odlar Yurdu təşkilatı (ehtiyatda olan polkovnik) : Norveç

Fatimə Kərimli