Lalə Şövkət “üçlər”in namizədi olacaq?

lale-sovket-uclerin-namizedi-olacaq-
Oxunma sayı: 652

Bu sözləri “Qafqazinfo”ya Sərdar Cəlaloğlunun “üçlər”lə bağlı fikirlərinə münasibət bildirərkən Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Fikrət Cəfərov deyib. Onun sözlərinə görə, hazırda əsas məsələ Lalə Şövkətin prezidentliyə namizədliyinin reallaşdırılması yox, Azərbaycanda demokratik seçki mühitinin yaradılmasıdır: “Əgər demokratik seçki olmasa kimin namizədliyini verəcəyi də əhəmiyyətini itirir. Çünki, demokratik seçki olmasa, yenə də saxtalaşdırma olacaq və nəticəsinin necə olacağı hamıya məlumdur”.

Xatırladaq ki, S. Cəlaloğlu mətbuata açıqlamasında bildirib ki, üç partiyanın bir araya gəlməsi Lalə Şövkətin prezidentliyə namizədliyinin reallaşması ilə bağlı ideya üzərində qurulub: “Biz dedik ki, gəlin beşliyin konkret olaraq prezidentliyə namizədini müəyyənləşdirək. Bu, ya Lalə xanım olacaq, ya İqbal Ağazadə, ya Sərdar, ya da başqası, heç bir fərqi yoxdur. Sonra isə birlik yaradaq. Amma Azərbaycan Liberal Partiyası bu məsələdə fərqli mövqe tutdu. Onlar belə hesab edirlər ki, lider alternativsiz müəyyənləşməlidir. Bu, onların baxışlarının məcmusu idi. Biz isə dedik ki, belə olmaz. Ola bilsin ki, bizim birliyimizdə Lalə xanım lider olsun. Lakin bunu ancaq şərt kimi irəli sürmək də düzgün olmazdı”.

Fatimə Kərimli