Mailiyyə Nazirliyindən “Eurovision-2012” açıqlaması

mailiyye-nazirliyinden-eurovision-2012-aciqlamasi
Oxunma sayı: 675

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bir sıra KİV-də sözügedən müsabiqəyə hazırlıq işlərinə dövlət büdcəsindən 1 milyard ABŞ dollarının xərclənəcəyi ilə bağlı dərc olunan məlumatlar qeyri-dəqiq informasiyadır.

“Məsələ ilə bağlı Maliyyə Nazirliyi ilə dəqiqləşdirmə aparılmadan bəzi yerli və xarici informasiya agentliklərində gedən və heç bir əsası olmayan informasiya nazirliyə istinadən təqdim edilib”, - deyə nazirliyin məlumatında bildirilib.

Bununla əlaqədar, Maliyyə Nazirliyi həmin məlumatları təkzib edir və ilkin məlumatı yayan KİV-in nazirlikdən rəsmən üzr istədiyini bildirib.