Məhkəmə tanınmış rejissorun nəvəsinə ölüm hökmü verdi

mehkeme-taninmis-rejissorun-nevesine-olum-hokmu-verdi
Oxunma sayı: 676

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Fedor Komissarjevin nəvəsi 2007-ci ildə üç nəfərin ölümündə iştirak etməkdə günahlandırılıb.

Qeyd edək ki, 31 yaşlı Coşua Komissarjev 49 yaşlı Stiven Xeyeslə birgə 4 il əvvəl bir həkimin evinə daxil olaraq həkimin əllərin bağlayıb zirzəmiyə tullamış, iki azyaşlı qızlarına təcavüz etmiş, ev sahibəsini isə boğmuşdular. İzi itirmək üçün isə sonda evi yandırmışdılar. Qızlar diri-diri yansalar da həkim xilas ola bilmişdi.

Cşounun hökmünü 20 nəfərdən ibarət münsif heyəti verib. Müzakirə beş gün davam edib. Vəkili onun çətin uşaqlıq keçirdiyini və psixoloji yardıma ehtiyacı olduğunu desə də edam cəzası qəbul edilib, lakin onun icrası üçün bir neçə il gözləyə bilər.

Səidə