BMT-dən Bəşər Əsədə istefa təklifi

bmt-den-beser-esede-istefa-teklifi
Oxunma sayı: 635

Fevralın 16-da qəbul olunan qətnamədə prezident Bəşər Əsədə istefa vermək çağırışı yer alır. “Media forum” saytının məlumatına görə, qətnamənin lehinə 193 BMT üzvündən 137-si səs verib. Baş Məclisin sessiyasına qatılan 17 ölkənin təmsilçisi bitərəf qalıb, 12 ölkə, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya və Çin qətnamənin əleyhinə çıxıb.

2011-ci ilin martından Suriyada xalq üsyanı gedir. Əsas tələb prezident Bəşər Əsədin istefasıdır. Müxalif qüvvələrin məlumatına görə, indiyəcən 7 min etirazçı və dinc sakin qətlə yetirilib. Hakim rejim isə üsyançıların 2 min polis və hərbçi öldürdüyünü iddia edir.

Bəşər Əsədin istefası tələbini həm siyasi, həm də hərbi müxalifət irəli sürür. Siyasi müxalifət Suriya Milli Şurasında, hərbi müxalifət isə Azad Suriya Ordusunda (müxalifət tərəfə keçmiş zabit və əsgərlərdən təşkil olunub) birləşib.