Müsavat İlham Əliyevin müsahibəsini müzakirə etdi

musavat-ilham-eliyevin-musahibesini-muzakire-etdi
Oxunma sayı: 685



Daha sonra Müsavat Partiyası Məclisinin üzvü Elxan Mehdiyev ABŞ-ın Dyuk Universitetinin Təhlükəsizlik Araşdırmaları İnstitutunda (Triangle İnstitute for Security) bir illik fəaliyyəti haqqında məlumat verib.
Gündəliyin partiyadaxili məsələlər bölümündə Cəlilabad, Zəngilan, Göyçay, Hacıqabul, Şamaxı, Abşeron və Goranboy rayon təşkilatlarında keçirilmiş konfranslar haqqında məlumat verilib. Qeyd edilib ki, bütün konfranslar Nizamnaməyə uyğun şəkildə keçirilib, təşkilati məsələlərə baxılıb və VIII Qurultaya nümayəndələr seçilib. Növbəti həftə konfrans keçirəcək rayon təşkilatlarının siyahısı açıqlanıb.

Divanın iclasında ölkə başçısı İlham Əliyevin Əl-Cəzirə telekanalına müsahibəsi haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, İlham Əliyevin müsahibədə “Azərbaycanda müxalifətin fəaliyyəti məhdudlaşdırılmır” dediyi gün Müsavatın Göyçay rayon təşkilatının konfransını əngəlləmək üçün bu təşkilatın fəalı Neman Əsgərov şərlənərək 5 sutkalıq həbs cəzasına məhkum edilib. Bu ərəfədə “Fridrix Nauman” Fondunun təşkilatçılığı və Müsavat Partiyasının dəstəyi ilə keçirilməsi nəzərdə tutulan “Ambassador” otelindəki beynəlxalq tədbirə, İctimai Palatanın bayram yürüş-mitinqinə və KXCP-nin dəstəyi ilə istiqlalçı deputatların müstəqilliyimizin bərpasının 20 illiyinə həsr edilmiş tədbirə imkan verilməyib.
Divan hakimiyyətin ölkədə ən elementar azadlıqları məhdudlaşdırmaq, xarici diplomatlara və KİV-lərə yalan məlumatlar vermək xəttini kəskin qınayıb.

Gündəliyin cari məsələlər bölümünün müzakirəsindən sonra Divan tam tərkibdə partiya qərargahında dövlət müstəqilliyimizin bərpasının 20 illik yubileyinə həsr olunmuş bayram tədbirinə qatılıb.

musavat.com