“BMW” 3 piyadanı vurdu

bmw-3-piyadani-vurdu
Oxunma sayı: 946

Goranboyda yolu keçmək istəyən 3 nəfəri maşın vurub. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndi ərazisində baş verib. Hərəkətdə olan “BMW” kənd sakini, 31 yaşlı Nərgiz Mustafayevanı, 29 yaşlı Gülnar Qasımovanı və onun qızı 4 yaşlı Mədinəni vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli