Polis idarəsindəki intiharla bağlı - Rəsmi açıqlama

polis-idaresindeki-intiharla-bagli-resmi-aciqlama
Oxunma sayı: 635

“Qafqazinfo”nun DİN-in saytına istinadən məlumatına görə, oktyabrın 12-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasından Masallı RPŞ-nin Müvəqqəti Saxlama Təcridxanasına etap edilmiş Vüqar Ələkbərov oktyabrın 18-də təcridxananın pəncərə barmaqlığından mələfə ilə özünü asmağa cəhd göstərib.

Xəstəxanaya yerləşdirilmiş V.Ələkbərov orada ölüb.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü Vüqar Şahmar oğlu Ələkbərov iyunda qız qaçırdığı üçün cinayət məsuliyyətinə cəlb edilmişdi.