Putinin xəstə olduğu iddia olunur

putinin-xeste-oldugu-iddia-olunur
Oxunma sayı: 648

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hətta prezidentin səhhəti o qədər ağırlaşıb ki, onun başqa ölkələrə səfəri təxirə salınıb. Bu barədə “Reuters” informasiya agentliyi Kremlə yaxın mənbələrə istinadən məlumat yayıb.

“Mənbələr iddia edirlər ki, Vladimir Putinin səhhətində doğrudan da ciddi problem var. O, quşlara bələdçiliyindən sonra xəstələnib. Belə ki, ATƏT-in Vladivostok şəhərində keçirilən sammitində hamı onun axsadığını görüb.

Hazırda prezident profilaktik proseduralar keçir. Belə halda həkimlər ona məsləhət görüblər ki, bu cür uçuşlar onurğa sütununu zədələdiyindən o uçuşlardan imtina etsin”.

“Reuters” qeyd edir ki, Rusiya prezidentinin öncədən planlaşdırılmış oktyabr və noyabr aylarındakı səfərləri dekabr ayına təxirə salınıb. Putinin Türkiyə, Bolqarıstan və Hindistana səfəri, eləcə də MDB-nin Aşqabadda keçiriləcək sammitində iştirakı təxirə salınıb.

Vladimir Putinin mətbuat katibi Dimitri Peskov isə bu məlumatı təkzib edərək yalan olduğunu bildirib: “”Reuter”in hansı mənbələrə söykənərək bu məlumatı yaymasını demək çətindir. Bu cür anonim mənbələrə etibar etmək olmaz. Mən öz tərəfimdən deyə bilərəm ki, bu, həqiqətə uyğun deyil. Prezident sentyabr ayında idman zədəsi alıb. O, məşq zamanı əzələ dartılması yaşayıb”.