““BP”yə işə düzəlmək üçün 4 min verdim”

bpye-ise-duzelmek-ucun-4-min-verdim
Oxunma sayı: 1836

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə zərərçəkmiş Pərvin Hüseynzadə ifadə verərək bp şirkətinə işə düzəlmək üçün S.Əhmədova 4 min manat pul verdiyini deyib: "İş alınmadı, Seymura da zəng çatmırdı. Mən də polisə şikayət edəndə bildim ki, artıq tutublar". 

S.Əhmədov deyilənləri təsdiqləyib. 

Proses aprelin 19-da davam etdiriləcək. 

Qeyd edək ki, S.Əhmədov "bp" neft şirkətinə işə düzəltmə adı ilə 6 nəfərə qarşı 20 min manata yaxın ziyan vurub. 

Murad Əhməd