“Qarabağın аzad olunması üçün Azərbaycan azad olunmalıdır” - Fotolar

qarabagin-zad-olunmasi-ucun-azerbaycan-azad-olunmalidir-fotolar
Oxunma sayı: 659


Aksiyada İctimai Palatanın üzvü Pənah Hüseyn, KХCP sədrinin müavini Ədalət Yusifov çıxış edib.

***

Mitinq AXCP sədrinin müavini Gözəl Bayramlının çıxışı ilə davam edir. «Biz Məmmədəmin Rəsulzadə, Elçibəyi yetirən bir xalqıq» fikrindən sonra mitinqdə «Elçibəy» şüarı səslənib. O deyib ki, bu mitinq yeni birxalq hərəkatının başlanğıcıdır. «Bu hərəkatın davam etməsi nəticəsində Azərbaycanda xalqın hakimiyyəti qurulacaq».

***

Müxalifətin bu gün keçirilən mitinqində ilk çıxış edən AXCP sədri Əli Kərimli olub. “Qafqazinfo” xəbər verir ki, o öz çıxışında ölkədə ədalətsizliyin olduğunu bildirib. İnsanlar evlərindən çıxarılır, müxalifətin aksiyalarınn qarşısı alınır və jurnalistlər şantaj olnur. Partiya sədri bildirib ki, Azərbaycanda ədalət, hüquq bərpa edilmədikcə b udavam edəcək.

Ə. Kərimli mitinqdə Qarabağ münaqişəsi barədə danışıb və hakimiyyətin Qarabağ siyasətini sərt tənqid edib. O, hakimiyyətin Qarabağla bağlı qısır siyasət apardığını qeyd edib: «Bu müddətdə hakimiyyət torpaqların qaytarılması üçün heç bir real addım atmır. Qarabağın аzad olunması üçün Azərbaycan azad olunmalıdır».

***

Müxalifət partiyalarının 20-ci sahədəki mitinqi başlayıb. Qafqazinfonun əməkdaşı xəbər verir ki, aksiyada ilk olaraq Azadlıq və İstefa şuarları səsləndirilib. Mitinqin aparıcısı İctimai Palatanın üzvü İbrahim İbrahimlidir. O, öz çıxışında bildirib ki, aksiya icazəlidir və buna baxmayaraq, hakimiyyət yenə də aksiyanın keçirilməsinə maneçilik yaradır. O, 20-ci Sahəyə gələn avtobsların dayandırıldığını bildirib: “Mən hakimiyyətə xəbərdarlıq edirəm, əgər bunu dayandırmasa, biz buradan birbaşa şəhərin mərkəzinə yürüş edəcəyik”.

İ. İbrahimli deyib ki, aksiya iştirakçılarının böyük əksəriyyəti yollarda qaldığından mitinqdə çıxışlar bir qədər gec başlayacaq.