“Qəddafilər çox comərd idilər”

qeddafiler-cox-comerd-idiler
Oxunma sayı: 649

Türkiyənin televiziya proqramlarından birində qonaq olan rəqqasə Nuran Sultan Qəddafi və oğulları üçün də rəqs etdiyini açıqlayıb. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, rəqqasə Qəddafgi ailəsi üçün 3-4 dəfə Liviyaya getdiyini və onların çox comərd olduqlarını deyib: “Həm hədiyyə verdilər, həm də pul… Bura gələndə gəmidə rəqs etməyimi istədilər, sabaha qədər rəqs etdim”.

Bundan başqa rəqqasə xüsusi rəqs sirlərini də bölüşüb. Nuran səhnəyə çıxmazdan əvvəl xüsusi qarışıqlardan ibarət krem istifadə etdiyini bildirib: “Mənə pul verən kişinin əlinə bu ətir hopur və uzun müddət çıxmır. Həmin şəxs bu ətri hiss etdikcə məni xatırlayır. O səbəbdən də həm rəqsimlə, həm də görünüşümlə unudulmayan qadın oluram”.

Kremin sirrini açıqlamayan məşhur rəqqasə türk kişilərinin sinəyə çox əhəmiyyət verdiyini də vurğulayıb.

Səidə