Qədir Rüstəmovun vəziyyəti kritikdir

qedir-rustemovun-veziyyeti-kritikdir
Oxunma sayı: 650

Bu barədə ANS PRESS-ə xanəndənin yerləşdirildiyi İstanbul Acıbadəm xəstəxanasından məlumat verilib. Hazırda reanimasiyada olan Q. Rüstəmov süni tənəffüs aparatına qoşulub və komadadır.

Xalq artisti 2 aya yaxındır ki, Türkiyənin Acıbadəm xəstəxanasına yerləşdirilib. Xanəndənin başı ilə əlaqədar problemi olub, sol ayağını tərpədə bilməyib, sol gözündə də görmə problemi var imiş. Türkiyəyə getməmişdən əvvəl Bakıda lazımi müayinələrdən keçib, buradakı mütəxəssislər ona respublikadan kənarda müalicə olunmağı məsləhət görüblər. İstanbulda müalicə olunan xanəndənin qəflətən halı pisləşib və komaya düşüb.

Qeyd edək ki, Qədir Rüstəmov yeniyetmə olarkən bir böyrəyi çıxarılıb. Bəzi məlumatlara görə, şüa müalicəsi xanəndənin orqanizminə pis təsir etdiyindən komaya düşüb.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları - “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. “Sona bülbüllər” mahnısı Q. Rüstəmovu bütün dünyada məşhurlaşdırılıb.