Qubada avtobus aşdı, çoxlu yaralı var

qubada-avtobus-asdi-coxlu-yarali-var
Oxunma sayı: 697

Milli.Az xəbər portalının məlumatına görə, qəza baş verən zaman avtobusda 28 sərnişin olub. 13 nəfər xəsarət alıb.

Bakı - Rusiya Federasiyası sərhədi yolunun 160-cı kilometrliyində, Quba rayonun Qaraşay kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. 90 JM 385 dövlət nömrə nişanlı "Temsa" markalı sərnişin avtobusu 10 FX 251 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.

Nəticədə "Mercedes" 4 metr hündürlükdən dərəyə aşıb. Sərnişin avtobusu sağ tərəfə aşaraq yolda 15 metrədək sürüşüb. Hadisə zamanı 13 nəfər xəsarət alıb. Onlar təcili Quba Məkəzi Rayon Xəstəxanasına çatdırılıblar.