Rəsul Quliyev Dövlət Departamentində olub

resul-quliyev-dovlet-departamentinde-olub
Oxunma sayı: 673

Bu barədə “Yeni Müsavat”a R.Quliyev özü məlumat verib.

Quliyev konkret kimlərlə görüşdüyünü açıqlamaq istəməyib: “Görüşlər barədə ətraflı məlumat yaxın günlərdə veriləcək. Hələlik görüşlər davam edir, bunlar başa çatmayınca adları açıqlamağım məqsədəuyğun deyil. Sadəcə onu deyim ki, martın 20-dən başlayaraq indiyədək, ayrılıqda dörd senator və üç konqresmenlə onların ofislərində görüşmüşəm. Təmaslarımız zamanı Azərbaycanda demokratiyanın bərpa olunması üçün görülə biləcək tədbirlər haqqında geniş müzakirələr aparılıb. Bundan başqa, ABŞ Dövlət Departamentində də mühüm görüşlərim olub. Orada da Azərbaycandakı mövcud vəziyyət, hadisələrin inkişaf variantları və demokratiyaya kömək yolları dərindən müzakirə olunub”.