“Saakaşvilinin axmaq fikirləri həyata keçirilməyəcək”

saakasvilinin-axmaq-fikirleri-heyata-kecirilmeyecek
Oxunma sayı: 652

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd olan keçmiş futbolçu Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Saakaşvilinin axmaq fikirləri həyata keçirilməyəcək: “Bidzina İvanişvilinin verdiyi bəyanatda olduğu kimi Gürcüstanın belə layihələrə şəraiti yoxdur. Saakaşvilinin axmaq fikirləri həyata keçirilməyəcək”.

Məşhur futbolçu eyni zamanda İvanişvilinin onu baş nazirin müavini vəzifəsinə təyin etmək istəyinin qürurverici olduğunu söyləyib: “Mənə bu vəzifənin veriləcəyini gözləmirdim. Bu, çox məsuliyyətli vəzifədir və mən xalq üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, Mixail Saakaşvilinin Qara dəniz sahilində salmaq istədiyi yeni şəhər – Lazikada 10 il ərzində ən azı 500 min insanın məskunlaşacağı, bu şəhərin Gürcüstanın əsas ticari-iqtisadi mərkəzinə çevriləcəyi bildirilirdi.

Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş Bidzina İvanişvili “Forbes” jurnalına müsahibəsində Saakaşvilinin “Arzular şəhəri”nin layihədən çox anekdota bənzədiyini, bunun ona çox gülməli gəldiyini söyləyib.

Qeyd edək ki, Kaxa Kaladze buna qədər Gürcüstanda özəl banka rəhbərlik edib və müxalifətdə olan “Gürcü arzusu” koalisiyasına maddi və mənəvi dəstək verib.

Aynur