Sabah Müstəqillik Günümüzdür!

sabah-musteqillik-gunumuzdur
Oxunma sayı: 690

“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi məlumata görə, mərasim saat 18.00-da başlayacaq. Həmçinin istiqlalçı deputatlar da müstəqillik günü ilə bağlı tədbir planlaşdırır. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, istiqlalçı deputat Sabir Rüstəmxanlı bildirib ki, həm VHP-də, həm Müsavat Partiyasında, həm də Klassik Xalq Cəbhəsi Partiyasında bun günlə bağlı tədbirlər keçiriləcək: “Bayram tədbirləri davam eləyir. İstiqlalçı deputatların elan etdiyi müstəqilliyin bərpasının 20 illiyinə həsr olunmuş jurnalist yazıları müsabiqəsinə oktyabrın 19-da yekun vurulacaq”.
KXCP də İdarə Heyətinin müstəqilliyin bərpası günü ilə bağlı qəbul etdiyi tədbirlər planına uyğun bayram tədbirləri keçirir. Plana görə, oktyabrın 18-də saat 10-da Şəhidlər Xiyabanı, Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarı ziyarət olunacaq. Sonra partiyanın qərargahında bayramla bağlı rəsmi toplantı keçiriləcək.

Fatimə