Səfər Əbiyev zabitin Gülhanədə müalicəsinə rədd cavabı verdi

sefer-ebiyev-zabitin-gulhanede-mualicesine-redd-cavabi-verdi
Oxunma sayı: 696

Azərbaycan ordusunun ehtiyatda olan zabiti, hal-hazırda qeyri-hockin limfoması xəstəliyindən əziyyət çəkən baş leytenant Kazımov Rasimə yardım üçün hesab nömrəsi açılıb. “Qafqazinfo”nun məlumatına görə, zabitin anası Kazımova Şərafət bir həftə öncə oğlunun Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında müalicəsi ücün ölkə prezidenti, Ali-baş komandan İlham Əliyevə, onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Müdafiə Naziri Səfər Əbiyevə, Prezidentin Hərbi Məsələlər üzrə müşaviri Vahid Əliyevə, Səhiyyə naziri Oqtay Şirəliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova müraciət edib. Zabitin anasının verdiyi məlumata görə, aidiyyatı qurumlardan hələki Müdafiə Nazirliyi məktuba cavab verib. Nazirlikdən zabitin müalicəsinə rədd cavabı verən MN bunu zabitin artıq ordu sıralarından təxris edilməsi ilə izah edərək , müalicəsi ücün Səhiyyə Nazirliyinə müraciət etməsini məsləhət bilib.

Halbuki baş leytenant Kazımov Rasim sağlamlığını vətən yolunda, post şəraitində hərbi xidmətdə olarkən 2010-cu ildə itirib. Həmin vaxt Müdafiə Nazirliyinin hərbi Qospitalına köcürülən zabit burada müalicəsi mümkün olmadığı əsas gətirilərək Gülhanə Hərbi Tibb Akademiyasına göndərilmədən ordu sıralarından təxris edilib. Zabitin anasının verdiyi məlumata görə, ötən həftə vəziyyəti ağırlaşdığından Mərkəzi Klinik Xəstəxanaya köçürülən zabitin burada birinci kurs müalicəsi başa çatıb. Hazırda müalicədən sonra halsız vəziyyətdə olan K. Rasimin ikinci kurs müalicəsinə bir necə gündən sonra başlanılmalıdır. Zabitin anası müalicə bir neçə gündən sonra başlanılmalı olsada, bunun üçün pulları olmadığını hələki ölkə prezidentindən, onun xanımından, aidiyyatı qurumlardan eləcədə imkanlı şəxslərdən dəstək gözlədiyini söylədi.

Qeyd edək ki, qeyri-hockin limfoması xəstəliyindən əziyyət çəkən zabitə sümük iliyi köçürülməlidir. Ordu sıralarından təxris edildikdən sonra Milli Ankologiya Mərkəzində kimyəvi müalicə alan zabitə sümük iliyi köçürülməsi məsləhət görülərək müalicəsi dayandırılıb. Xatırladaq ki, zabitin anası oğlunun xaricdə müalicəsi üçün millət vəkillərini də onlara dəstək verməyə səsləyib.

Hesab nömrəsi

Bankın adı: Azərbaycan Respublikası Beynəlxalq Bankı Sumqayıt filialı SWIFT code: IBAZAZ2X

Bankın ünvanı: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, S. Vurğun küc,.112,14-cü məhəllə

Kod 805658
VÖEN:9900001881
Müxbir hesabı:AZ03NABZ01350100000000002944
Swift Kodu: İBAZAZ2X
Benefisairanın adı: Kazımov Rasim Rafiq
Benefisiarın hesablaşma hesabı: 33881019442805746213



Zabitin anasının əlaqə nömrəsi: Kazımova Şərafət (055) 369-46-78

Məsələ ilə bağlı nazirliyin də mövqeyini işıqlandırmağa hazırıq.