Seks yarmarkası yandı

seks-yarmarkasi-yandi
Oxunma sayı: 822

“Qafqazinfo”nun lenta.ru saytına istinadən verdiyi xəbərə görə, baş verən yanğından binanın damının mərkəzi seksiyası uçub. Tüstünün bir neçə kilometrdən müşahidə edildiyi xəbər verilir.
İlkin məlumatlara görə, böyüklər üçün istehsal olunmuş bütün məhsullar tamamilə məhv olub. Kompleksdə gecələyən və səhərlər sərgini açmağa hazırlaşan bir neçə nəfərin zərər çəkdiyi bildirilir.
KB Hallen Danimarkanın müxtəlif məqsədlərin həyata keçirilməsi üçün qədim qapalı tikililərdən biridir. Kompleksin ərazisində təkcə yarmarkalar deyil, idman yarışları, eləcə də populyar musiqiçilərin konsertləri keçirilir.